“Azərbaycanın tutduğu balanslı mövqeyi qeyd edirik” – Rusiya XİN
“Azərbaycanlı və erməni tərəfdaşlarımızın Ukrayna ətrafındakı vəziyyət üzrə Qərbin apardığı anti-Rusiya kampaniyası ilə bağlı balanslı mövqeyini qeyd edirik”.
Bnu Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələr üzrə 4-cü İdarənin direktoru Denis Qonçar “RİA Novosti”yə müsahibəsində bildirib.
“Həm Bakının, həm də İrəvanının xarici siyasət kursunu qurarkən ilk növbədə öz milli maraqlarını rəhbər tutduqlarını da qiymətləndiririk. Bu istiqamətdə Azərbaycan və Ermənistan rəhbərliyini üzləşdikləri təzyiqləri başa düşürük”, – D.Qonçar vurğulayıb.