Azərbaycanın Ukraynadakı səfirliyinə yaxın ərazilər hava zərbələrinə məruz qalıb

Rusiya ordusu Azərbaycanın Ukraynadakı səfirliyinə yaxın ərazilərə raket zərbələri endirib.

 Teleqraf AZƏRTAC-a istinadən xəbər verir ki, səfirliyin inzibati binasından 200-250 metr məsafədə dağıntı və yanğın baş verib.

Səfirlik binasına ziyan dəyməsi ilə bağlı hələ ki, dəqiq məlumat yoxdur.

Kiyev şəhər meri Vitali Kliçko isə bildirib ki, raket zərbələri nəticəsində iki nəfər yaralanıb. Hər iki mülki şəxs xəstəxanaya yerləşdirilib.

Dağıntılar nəticəsində xəsarət alanların sayının artacağı ehtimal edilir.

 

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button