Azərbaycanın xəbərdarlığı ermənilərdə təşvişə səbəb oldu

Azərbaycan Ermənistanın Sünik bölgəsində yerləşən Ağarak kəndi sərhədindəki erməni hərbçilərinə mövqelərini tərk etmək üçün vaxt verib.

Erməni mediasına istinadən xəbər verilir ki, bu barədə Qafan bələdiyyəsinin sədri Gevorg Parsyan bildirib.

Onun sözlərinə görə, erməni hərbçilərinə bu gün saat 8.00-a qədər vaxt verilibmiş. Lakin hələ ki, sərhəddə dəyişiklik yoxdur. Ermənilər mövqelərindən geri çəkilməyib. “Biz geri çəkilmədik, eyni mövqelərdə qaldıq. Hazırda vəziyyət sakitdir, heç bir şey baş vermir”, – deyə bələdiyyə sədri bildirib.

O dünən sözügedən istiqamətdə intensiv atışmanın baş verməsi barədə xəbərlərə də toxunub. “Xüsusilə dünən daha sakitçilik idi. Atışma tez-tez baş verir və bu, artıq bizim üçün normal hala gəlib” deyən bələdiyyə sədri əlavə edib ki, buna baxmayaraq Azərbaycanın xəbərdarlığı təşvişə səbəb olub.

Heç şübhəsiz rəsmi Bakı Azərbaycan, Rusiya prezidentləri və Ermənistan Baş naziri arasında noyabrın 9-da imzalanan birgə bəyanata istinad edərək bu addımı atıb. Ermənilər isə yenidən gərginlik yaratmaq məqsədilə sazişin müddəalarına əməl etmək istəmir. Göründüyü kimi bu, hətta rəsmi şəxslər tərəfindən etiraf edilir.

Hamısını Göstər

Related Articles

Back to top button