Azərbaycanın yüksək rütbəli rəsmiləri Beynəlxalq Hakimlər Assosiasiyasının toplantısında – FOTO

Bakıda 71 ölkənin hakimlərini bir araya gətirən Beynəlxalq Hakimlər Assosiasiyasının 67-ci Baş Assambleyası keçirilir.

Tədbirin açılış mərasimi Bakı Konqres Mərkəzində baş tutub.

Bir sıra yerli dövlət rəsmiləri də mərasimə qatılıb.

Qonaqlar arasında daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyev, Baş prokuror Kamran Əliyev ədliyyə naziri Fərid Əhmədov, Ali Məhkəmənin və Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov, Ombudsman Səbinə Əliyeva, Azərbaycan Respublikası Prezidentinin köməkçisi-Prezident Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov də yer alır. (“Qafqazinfo”)

Qeyd edək ki, beynəlxalq tədbir oktyabrın 17-i başa çatacaq.

 

 

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Sizin Üçün Seçilmiş
Close
Back to top button