“Azərbaycanla anlaşmanı poza bilmərik, çünki…” – Manukyandan şok etiraf

“Dürüst olmaq lazımdır, hələ də nə baş verdiyini tam anlamıram, çünki bunun nəticələri o qədər dəhşətlidir ki, təsəvvür etmək çətindir”.

Bunu Ermənistanın sabiq baş naziri Vazgen Manukyan deyib.

O, Ermənistanın Baş nazir Nikol Paşinyanın Azərbaycanla imzaldığı kapitulyasiya sənədi haqda danışıb:

“Bu biabırçı məğlubiyyət məni də utandırır, çünki bunun qarşısını almaq olardı. Yəni belə bir vəziyyət olmaya bilərdi. Bütün bunların 2,5 il ərzində hazırlandığını bir kənara qoyaq. Düzgün siyasətlə bu müharibə indi deyil, daha sonra da ola bilərdi. Danışıqlar məhv edildi, düşmən (Azərbaycan) müharibəyə təhrik edildi. 2.5 il ordu ilə məşğul olsaydıq, uduzmazdıq. Sonda qəbuledilməz, biabırçı bir müqavilə imzalandı, onu poza bilmərik, çünki qüvvələrimiz artıq tükənib”.

Hamısını Göstər

Related Articles

Back to top button