Azərbaycanlı deputatlar Türkiyəyə gedir
Milli Məclisin Səhiyyə komitəsinin sədri, Türkiyə ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əhliman Əmiraslanov, qrupun üzvləri Məlahət İbrahimqızı, Fəzail Ağamalı, Əziz Ələkbərov, Nizami Cəfərov, Naqif Həmzəyev, Cavanşir Feyziyev, Anar İsgəndərov və deputat Ramin Məmmədov dekabrın 11-də Türkiyənin Ankara şəhərinə səfər edəcəklər.
Bu barədə Polise.az – a parlamentin mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Bildirilib ki, Türkiyə Böyük Millət Məclisinin Azərbaycanla parlamentlərarası əlaqələr üzrə dostluq qrupunun rəhbəri Şamil Ayrımın dəvəti əsasında baş tutacaq səfər çərçivəsində deputatlar öz həmkarları ilə bir sıra görüşlər keçirəcək, parlamentlərarası əlaqələrin genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparacaqlar.
Səfər dekabrın 15-də başa çatacaq.
Polise.az