Azad olunan ərazilərdə 49 mindən çox mina, 60 mindən çox hərbi sursat aşkarlanıb

2020-ci ilin noyabr ayından bu günədək 118 min hektardan çox ərazi minalardan təmizlənib.

Polise.az  xəbər verir ki, bunu Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, təmizləmə əməliyyatları nəticəsində 18 mindən çox piyada əleyhinə, 31 mindən çox tank əleyhinə mina və 60 mindən çox partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib: “Təəssüf ki, mina qurbanlarımız var. 2020-ci ildən bu günə qədər 341 nəfər minaya düşüb. Onlardan 65 nəfəri həlak olub”.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button