AZAL-ın qəzaya uğrayan təyyarəsində xilasetmə əməliyyatında iştirak etmiş Qazaxıstan FHN-in bir qrup əməkdaşı Azərbaycan tərəfindən təltif edilib
2024-cü ilin dekabrın 25-də “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Bakı-Qroznı istiqamətində uçan təyyarəsinin Qazaxıstanın Aktau Beynəlxalq Hava Limanı yaxınlığında qəzaya uğraması ilə əlaqədar aparılan qəza-xilasetmə əməliyyatında iştirak etmiş Qazaxıstan Respublikası Fövqəladə Hallar Nazirliyinin bir qrup əməkdaşı Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov tərəfindən təltif olunub.
Polise.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Nazirin imzaladığı müvafiq əmrə uyğun olaraq adları aşağıda göstərilən qazaxıstanlı xilasedicilər “Əməkdaşlığa görə” döş nişanı ilə təltif ediliblər:
– Seytalin Azamat Serikoviç
– Aminov Timur Vladimiroviç
– Aydarov Kani Manapoviç
– Karayev Sayasat Musayeviç
– Kenjeqaliyev Majit Serikbayeviç
– Kulxanov Azımbek Şındauletoviç
– Kuzembayev Erbol Axmetoviç
– Mendibayev Naurızbek Erlanulı
– Nuqumanov Ardak Koyşibekoviç
– Tleuberqenova Ayman Mınbayevna
Polise.az