Bərdədə qaçaqmalçılıq yolu ilə ölkəyə narkotik vasitə gətirməkdə şübhəli bilinən şəxs saxlanılıb

Bərdədə qaçaqmalçılıq yolu ilə Azərbaycana narkotik vasitə gətirməkdə şübhəli bilinən Fərid Mamedov saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan  Polise.az -a verilən məlumata görə, keçirilən tədbirlər zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Fərid Mamedovdan 4 kiloqramdan artıq marixuana aşkarlanıb.

Bildirilib ki, F.Mamedovun narkotiki şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı vasitəsilə ilə satmaq üçün ölkəyə keçirdiyi müəyyən olunub.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button