Bərdədəki qətllə bağlı rəsmi açıqlama
Bərdə Rayon Polis Şöbəsinə yanvarın 22-də Lənbəran kəndi ərazisində kənd sakini S.Hacıyevin münaqişə zəminində tüfəngdən açdığı atəşlə həmkəndlisi İsrafil Hüseynova xəsarət yetirməsi barədə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən verilən məlumata görə, xəstəxanaya yerləşdirilən İ.Hüseynov vəfat edib.
Əməliyyat-axtarış tədbirləri nəticəsində S.Hacıyev polis əməkdaşları tərəfindən tutularaq istintaqa təhvil verilib.
Ondan cinayətin aləti olan “Adler Arms” markalı ov tüfəngi götürülüb.
Faktla bağlı araşdırma aparılır.