Bəşər Əsədin Rusiyaya gözlənilməz səfəri baş tutub

Suriya Prezidenti Bəşər Əsəd Moskvaya elan olunmamış səfər edib.

Bəşər Əsədin Vladimir Putinlə danışıqlar aparıb. Danışıqlar Kremldə baş tutub.

Vladimir Putin görüş zamanı Suriya prezidentinin siyasi rəqibləri ilə dialoq qurmaq üçün çox iş gördüyünü qeyd etdi.

“Bizim birgə səylərimiz nəticəsində Suriyanın əsas və böyük ərazisi azad edilib. Sizin rəhbərlik etdiyiniz Suriya hökuməti ölkə ərazisinin 90 faizinə nəzarət edir”, – deyə Rusiya lideri vurğulayıb. 

Bəşər Əsəd Suriyaya qarşı tətbiq edilən sanksiyaların insanlıq əleyhinə yönəldiyini və qeyri-qanuni olduğunu deyib.

O, Suriya və Rusiya Federasiyası ordularının birlikdə həyata keçirdiyi fəaliyyət nəticəsində terrorun məhv edilməsində əhəmiyyətli nəticələr əldə etdiklərini qeyd edib.

Hamısını Göstər

Related Articles

Back to top button