Bəşər Əsədin əmisi oğlu meydanda ASILDI

Latakiya sakinləri Suriyanın keçmiş prezidenti Bəşər Əsədin əmisi oğlu Süleyman Hilal Əsədi məhkəməsiz asıblar.

Musavat.com xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat və görüntülər yayılıb.

Bildirilir ki, Latakiyanın mərkəzi meydanında toplaşan insanlar, Əsədin əmisi oğlunun ölüm fərmanını verib və onu krandan asıblar.

Qeyd edək ki, 2015-ci ildə Bəşər Əsədin əmisi oğlu Süleyman Hilal Əsəd Suriyadakı rejimin təhlükəsizlik orqanı tərəfindən həbs edilmişdi.

Məlumata görə, Süleyman Hilal Əsəd Lazkiye şəhərində qətlə yetirilən Bəşər Əsəd hökumətinə bağlı Hərbi Hava Qüvvələrinin polkovniki Həsən əl- Şeyxin ölümündə şübhəli bilinirdi.

Belə ki, o, polkovniki ailəsinin gözü qarşısında güllələmişdi.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button