Badamdar qəsəbəsində moped oğurlayan şəxslər müəyyən edilərək saxlanılmışlar
Səbail RPİ-nin 41-ci Polis Bölməsinə mayın 7-ndə Badamdar qəsəbəsindən F.Abdullayevaya məxsus 4500 manat dəyərində “Yamaha” markalı mopedin oğurlanması barədə məlumat daxil olmuşdur.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Samir Şəmilov və Şərur rayon sakini Emil Babayev müəyyən edilərək saxlanılmışlar. Araşdırma aparılır.



