Bakı bu azərbaycanlılarla bağlı Rusiya XİN-ə müraciət etdi

Bakı Çeçenistanda saxlanmış Azərbaycan vətəndaşları – Nihad Rzayev, Elxan Şirinov və Vüqar Məhərrəmovla bağlı Rusiya Xarici İşlər Nazirliyinə müraciət edib. Onların zorla Ukraynaya qarşı müharibəyə göndərildiyi barədə iddialar var.

Bu barədə Azərbaycanın Vesti.az saytı və APA agentliyi məlumat yayıb.

Xəbərdə deyilir ki, Azərbaycan tərəfi Rusiya XİN-dən bu məsələnin araşdırılmasını və Azərbaycan vətəndaşlarının hüquqlarının müdafiəsi üçün tədbirlər görülməsini tələb edib.

Bundan əvvəl verilən xəbərlərdə deyilirdi ki, Rusiya güc strukturları Krasnoyarskdakı yerli bazarlara reyd keçirərək 520 nəfəri , o cümlədən 417 xaricini saxlayıblar.

Onların arasında Özbəkistan, Qırğızıstan, Tacikistan və Azərbaycan vətəndaşlarının olduğu xəbər verilirdi.

Bu da bildirilir ki, saxlananlardan 92 nəfərinin Rusiya vətəndaşlığı olub. Onlara hərbi komissarlıqlara çağırış vərəqələri təqdim ediblər.

Rusiya prezidenti Vladimir Putin 2024-cü ilin avqustunda Rusiya vətəndaşlığı almış şəxslərin icbari qaydada hərbi qeydiyyata düşməsinə dair qanunu imzalayıb.

Bu tələbin yerinə yetirilməməsi Rusiya vətəndaşlığından məhrum edilməsi ilə nəticələnə bilər./Azadlıq Radiosu

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Sizin Üçün Seçilmiş
Close
Back to top button