Bakı, İrəvan və Moskva. Başqa heç kim lazım deyil – Putin
Moskva Azərbaycanla Ermənistana sərhəd məsələsində yardım edə bilər.
Axar.az xəbər verir ki, bu sözləri Rusiya lideri Vladimir Putin Valday forumundakı çıxışında deyib.
O bildirib ki, Rusiya sərhəd məsələsində açar rolunu oynaya bilər:
“Bu gün əsas məsələ sərhəddəki situasiyanın son tənzimlənməsidir. Burda, əlbəttə, Rusiyanın iştirakı olmadan nəsə etmək mümkün deyil. Burda bizə kimsə lazım deyil – yalnız Azərbaycan, Ermənistan və Rusiya. Çox sadə və praqmatik məsələlər var: bəli, Rusiya ordusunun Baş Qərargahında xəritələr mövcuddur, orda müttəfiq respublikaların sovet dövründəki sərhədləri göstərilib. Orda elə məsələlər var ki, qarşılıqlı kompromis tələb edir: hansısa yerdə nələrisə dəyişmək, hansısa yerdə götürmək… Yalnız bu cür tanınmaqla hər iki tərəfə sərfəli ola bilər”.
Putin əlavə edib ki, Rusiya çoxtərəfli nizamlama formatını da təklif edir, o cümlədən Minsk Qrupunun aktivləşməsini.