Bakı İrəvana qaz nəqlindən nə qədər pul alacaq?
Rusiya qazının Ermənistana tədarükü “Şimali Qafqaz – Zaqafqaziya” qaz boru kəmərinin təmiri ilə əlaqədar müvəqqəti olaraq – 3 həftə – Azərbaycan ərazisindən həyata keçiriləcək. Maraqlıdır, SOCAR-ın “Qazprom Export” şirkəti ilə imzaladığı müqavilənin tranzit xərci nə qədərdir?
Məsələ ilə bağlı SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov axar.az-a bildirib ki, bu məlumatlar kommersiya sirri hesab olunduğu üçün açıqlanmır:
”Bu məlumatı “Qazprom” şirkətinin kommersiya maraqları da nəzərə alınaraq, birtərəfli şəkildə açıqlamaq biznes etikasına zidd olar.
Həmçinin qeyd edim ki, Rusiya ilə əldə olunmuş razılıq rus qazının Gürcüstana nəqli ilə bağlıdır. Yəni Azərbaycan ərazisindən Gürcüstana nəql olunur. Oradan haraya getməsi ilə bağlı Azərbaycan qərar vermir, amma bəllidir ki, bu qazın ən azından bir hissəsi Gürcüstan üçün nəzərdə tutulur”.