Bakı polisinin AMEA ətrafına yığışma səbəbi – Rəsmi

Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) paytaxt ərazisində keçirilən aksiya ilə bağlı açıqlama yayıb.

Bu barədə BŞBPİ-nin Mətbuat xidmətindən məlumat verilib:

“Sentyabrın 9-da saat 15 radələrində 20-25 nəfər “Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini pozaraq, Səbail rayonundakı İstiqlaliyyət küçəsində şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmadan toplaşıb küçə yürüşü keçirməyə cəhd edib.

Ərazidə xidmətdə olan polis əməkdaşları tərəfindən qanunsuz küçə yürüşünə cəhdin qarşısı alınıb, iştirakçılar ərazidən uzaqlaşdırılıblar.

Saxlanılan və ya həbs edilən olmayıbdır”.

Qeyd edək ki, bu gün polis və hərbi texnikanın AMEA inzibati binasını dövrəyə alması bəzi ehtimallara səbəb olmuşdu.

Mənbə
axar.az
Hamısını Göstər

Related Articles

Back to top button