Bakı səmasında dron səsləri eşidilməsi ilə bağlı Müdafiə Nazirliyindən açıqlama

Bakının üzərində dron uçması ilə bağlı sosial şəbəkələrdə məlumatlar yayılıb və bu məsələ istifadəçilər arasında müzakirələrə səbəb olub.

Polise.az Musavat.com xəbər verir ki, məsələ ilə bağlı Manset.az Azərbaycan Müdafiə Nazirliyinə sorğu ünvanlayıb.

Sorğunun cavabında “Narahatlığa heç bir əsas yoxdur”, – deyə bildirilib.

Yayılan məlumatlarda qeyd olunur ki, havada müşahidə olunan sözügedən dronlar ölkəmizə məxsusdur və nəzarət məqsədilə uçuşlar həyata keçirir.

Bu dronlar müəyyən ərazilərdə vəziyyətə nəzarət etmək üçün istifadə olunur və mövcud şəraitdə belə uçuşlar normal sayılır.

Əhalidən bu kimi hallarda təşvişə düşməmələri xahiş olunur.

Polise.az 

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button