Bakıda əməliyyat: Həbs olunanlar var

Bakının Xətai rayonunda əməliyyat keçirilib.

Daxil olmuş məlumat əsasında Xətai rayon Polis İdarəsinin 34-cü polis şöbəsinin əməkdaşları tərəfindən Bakı şəhər sakini E.Zərbəliyevdən 0,005 qr heroin götürülüb.

E.Zərbəliyevə narkotik vasitəni satmış həmyerlisi, əvvəllər məhkum olunmuş T.Abdullayev də müəyyən edilərək saxlanılıb. Onun üzərində şəxsi axtarış aparılan zaman 510 qram heroin götürülüb.

Davam etdirilən tədbirlərlə T.Abdullayevə narkotik vasitəni satmış həmyerlisi, əvvəllər məhkum olunmuş Aqşin Cəbrayılzadə də saxlanılıb

Xətai rayon Polis İdarəsinin 34-cü polis şöbəsi əməkdaşlarının A.Cəbrayılzadənin paytaxtın Nizami rayonunda yaşadığı mənzilə keçirdikləri baxış zamanı 2 kiloqram 511 qram heroin, 2 kiloqram 940 qram həşiş, 1 kiloqram 160 qram tiryək, 427 qram metamfetamin və 3 kiloqram 505 qram marixuana aşkarlanıb.

Mənbə
teleqraf.com
Hamısını Göstər

Related Articles

Back to top button