Bakıda əməliyyat

Paytaxtda narkotik satan şəxslər saxlanılıb.

Binəqədi Rayon Polis İdarəsi 40-cı Polis Bölməsinin əməkdaşları daxil olan əməliyyat məlumatı əsasında əvvəllər məhkum olunmuş, 1976-cı il təvəllüdlü Saleh Nuriyevi saxlayıblar. Üzərinə baxış keçirilərkən ondan 0,137 qram heroin, 0,172 qram metamfetamin aşkar edilərək götürülüb.

Həmin gün Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində isə şəhər sakini, 1983-cü il təvəllüdlü Turab Paşayev saxlanılıb. Saxlanılan şəxsin üzərinə baxış keçirilərkən ondan 0,296 qram heroin, 0,528 qram metamfetamin aşkarlanıb.

Hər iki faktla bağlı araşdırma aparılır.

Mənbə
virtualaz.org
Hamısını Göstər

Related Articles

Back to top button