Bakıda 3 000 manat maaşa VAKANSİYA

Mütəmadi olaraq “Xanım işçi axtarılır” kimi elanlarla çox rastalaşırıq. Etiraf edək ki, xanımların iş tapması indi daha asanlaşıb.
Polise.az xəbər verir ki, Tap.az elan saytında ofisiant xanım işçi elanı verilib. Elanda ofisinat xanım işçi üçün 3000 manat təklif edilib. Tələbləri isə çox sadədir. Saat 11:30-dan 06:00 -a kimi. Yaş həddi 19-25 göstərilir. Gülərüz olmalı, xarici görünüşü də gözəl olmalıdır.
Polise.az hesab edir ki, bu insan alveri üçün bir tələdir. Buna görə hər kəs burda ayıq sayıq və diqqətli olmalıdır. İş vakansiyalarıyla bağlı insanlar hər tərəfli məlumata sahib olmalıdır və şübhəli məqamlar varsa dərhal İnsan Alveri və İnsan Alverinə Qarşı Mübarizə Üzrə Baş İdarənin qaynar xəttinə müraciət etməlidir.
Moderator.az elanı sizə təqdim edir:
Polise.az



