Bakıda bir gün ərzində iki intihar hadisəsi
Bakıda 37 yaşlı qadın intihar edib.
Yanvarın 26-da saat 17 radələrində paytaxtın Binəqədi rayon sakini 1983-cü il təvəllüdlü Məmmədzadə Səbinə Adil qızı yaşadığı Binəqədi rayonu, S.S.Axundov küçəsində yerləşən hündürmərtəbəli binanın 6-cı mərtəbəsindən özünü ataraq intihar edib.
İntihar faktı üzrə hazırda Binəqədi rayon prokurorluğu tərəfindən araşdırmalar davam etdirilir.
***
Digər intihar hadisəsi Xətai rayonu, Xudu Məmmədov 18 ünvanında baş verib.
1994-cü il təvəllüdlü oğlan yaşadığı binanın səkkizinci mərtəbəsindən özünü atıb.
Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil.
Faktla bağlı araşdırma aparılır.