Bakıda bir sıra küçələrdə avtomobillərin hərəkət istiqaməti dəyişdiriləcək
2024-cü ilin oktyabrın 19-u gün ərzində və 19-dan 20-sinə keçən gecə COP29 tədbirinə hazırlıq məqsədi ilə paytaxtın bir sıra küçə və prospektlərində nəqliyyatın idarə edilməsi üzrə monitorinqlər keçiriləcək.
“Polise.az” xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) birgə məlumat yayıb.
Qeyd edilib ki, bu məqsədlə bir sıra küçələrdə avtomobillərin hərəkət istiqaməti dəyişdiriləcək.
“Hərəkət iştirakçılarından xahiş edirik ki, monitorinq müddətində yollarda tətbiq olunacaq məhdudiyyətləri nəzərə alsınlar. Hərəkətin təşkili DYP əməkdaşları tərəfindən tənzimlənəcək. Daha ətraflı məlumat yaxın zamanda veriləcək”, – birgə məlumatda vurğulanıb.
Polise.az