Bakıda dəhşətli cinayət: Kişi qızını boğub öldürdü

Dekabrın 30-da Bakının Xətai rayonunda qətl hadisəsi törədilib.

Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, NZS qəsəbəsində 1952-ci il təvəllüdlü Xaçmaz rayon sakini Ələkbər Bağırov 1977-ci il təvəllüdlü qızı İradə Paşayevanı boğaraq öldürüb. Bundan sonra həmin şəxs törətdiyi əməli 37-ci Polis Bölməsində etiraf edib.

Ehtimal olunur ki, kişi qızının əxlaqsız hərəkətlərindən şübhələnib.

İ.Paşayeva qəsəbədə mənzili kirayəyə götürüb və orada iki uşağı ilə yaşayıb.

Faktla bağlı cinayət işi başlanıb.

Hamısını Göstər

Related Articles

Back to top button