Bakıda elektrik avadanlıqları və velosiped oğurlayan şəxslər saxlanılıblar

Paytaxt Bakının Nizami rayonunda yerləşən ofislərin birindən noutbuk, kompüter və digər elektrik avadanlıqları, Nəsimi rayonunda isə velosiped oğurlanması barədə polisə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, polis əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə talama cinayətini törətməkdə şübhəli bilinən E.Əzimov və G.Səfərov müəyyən olunaraq saxlanılıblar.
Araşdırmalar davam etdirilir.
Polise.az



