Bakıda faciəvi şəkildə ölən zabit olub

Bakıda Xətai rayonunda kişi binadan yıxılaraq faciəvi şəkildə ölüb.

Teleqraf-ın əldə etdiyi məlumata görə, bədbəxt hadisə nəticəsində həyatını itirən Aydınlı Müzəffər İlham oğlu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin sabiq əməkdaşı olub.

Məsələ ilə bağlı sorğumuza cavab olaraq qurumun İctimaiyyətlə İş və Beynəlxalq Əlaqələr şöbəsinin rəisi Pərviz Sədrəddinov bildirib: “Aydınlı Müzəffər 2 il əvvəl – 2024-cü ilin aprel ayından öz arzusu ilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən ehtiyata buraxılıb. Dövlət Xidməti adından ailəsinə və yaxınlarına başsağlığı veririk”.

Qeyd edək ki, ehtiyatda olan mərhum leytenantın nəşi bu gün Naxçıvana aparılacaq. Faktla bağlı araşdırma aparılır.

 

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button