Bakıda gecə ofisdən oğurluq edənlər saxlanıldılar
Nizami RPİ-nin 23-cü Polis Bölməsinə aprelin 25-nə keçən gecə Ə.Nəvai küçəsində yerləşən ofislərin birindən noutbuk, printer, modem və 2 ədəd gərginlik doldurucusunun oğurlanması barədə müraciət daxil olmuşdur.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Nihad Vəlizadə, Sumqayıt şəhər sakini Həzi Həziyev və Abşeron rayon sakini Sərdar Şıxıyev müəyyən edilərək saxlanılmışlar. Araşdırma aparılır.