Bakıda hərbi parad keçiriləcək

Bakıda Vətən Müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş parad keçiriləcək.
Lent.az-ın məlumatına görə, təntənəli parad noyabrın 8-də Azadlıq meydanında baş tutacaq. Artıq tədbirə hazırlıq başlayıb.
İlk Qələbə Paradı 2020-ci il dekabrın 10-da Bakıda, 2023-cü ildə isə Xankəndində Vətən Müharibəsində Qələbənin üçüncü ildönümünə həsr olunmuş hərbi parad keçirilib.
Polise.az



