Bakıda insanların əsgərə vəfa borcu- möhtəşəm aksiyadan fotolar

Bakıda cəbhəyə dəstək aksiyası davam edir. Bir qrup gənc orduya dəstək məqsədi ilə təkər yığmağa başlayıb. Artıq bir neçə gündür ki, Bakının müxtəlif rayonlarında onlarla yük maşınına təkərlər yüklənərək cəbhəyə göndərilir.

“Yeni Müsavat” qəzetinin əməkdaşları da bu dəstəyə qoşuldu.

“Həm təkər yüklənməsinə kömək etdik, həm də fədakar insanların əziyyətini, gənclərin orduya, əsgərə olan dəstəyini ictimailəşdirməyə çalışdıq”.

Bir-birlərini tanımayan onlarla gənc bir araya gəlir. Onların yeganə məqsədi ordu üçün kiçik də olsa bir iş görməkdir.

Təkcə bu gün 8 yük maşını təkər yığılaraq cəbhə istiqamətinə yola salındı. Dəstək aksiyasına qoşulan hər kəs bilir və düşünür ki, bu təkərlər cəbhədə, səngərdə əsgərimizi, zabitimizi qoruyacaq. Elə bu, insanların daha həvəslə, ürəklə çalışmasının əsas səbəbidir.

Bu aksiyaya qoşulan başqaları da var. Onlar müəyyən səbəblərə görə fiziki işə kömək edə bilməsələr də bacardıqlarını etməyə çalışırlar. Kimisi su gətirir, kimisi yemək gətirir, kimisi isə yük maşınlarının ödənişini edir…

Yük maşınlarının sürücüləri arasında könüllü gələnlər də var. Çünki onlardan qardaşı, oğlu səngərdə xidmət edənlər də var. Bilirlər ki, bu işi övladları, qardaşları üçün edirlər.

Aksiyaya dəstək olan şirkətlər də var. Məsələn, “Berg” enerji içkiləri təkər yığılan əraziyə maşın göndərdi. Canla-başla çalışan insanlara limitsiz sərinləşdirici içkilər payladılar.

“Naxçıvan məhsulları” mağazası aksiyaya qoşularaq işləyənlərə su və digər qida məhsulları göndərdi. Həmçinin MMC-nin şəxsi heyəti də təkər yığımına qoşulmuşdu.

Buna görə də onlara təşəkkür etmək olar. Bacardığı dəstəyi göstərən hər kəsə. Bu, reklam deyil. Çəkilən əziyyətə verilən qiymət, əsgərə olan vəfa borcudur.

Mənbə
musavat.com
Hamısını Göstər

Related Articles

Back to top button