Bakıda mənzilləri qarət edən gənc qız yaxalandı

 Hadisə mayın 9-da Suraxanı rayonu Əmircan qəsəbəsində baş verib. Naməlum şəxs qəsəbə sakini İmran Abbasova məxsus mənzildən min manat dəyərində televizor və məişət əşyaları oğurlayıb.

Həmçinin mayın 19-da Əmircan qəsəbəsində N.Əmirovaya məxsus mənzildən 700 manat dəyərində noutbuk oğurlanıb.

Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində evlərdən oğurluq etməkdə şübhəli bilinən 1995-ci il təvəllüdlü Əfsanə Ağayeva tutulub.

Faktla bağlı araşdırma aparılır.

Mənbə
virtualaz.org
Hamısını Göstər

Related Articles

Back to top button