Bakıda motosiklet və moped oğurlayan 5 nəfər saxlanıldı

Paytaxtın müxtəlif ərazilərində motosiklet və mopedlərin oğurlanması barədə polisə məlumatlar daxil olub.
Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə Binəqədi rayonunda müxtəlif markalı 2 motosiklet, Nəsimi rayonunda isə moped oğurlamaqda şübhəli bilinən S.Rüstəmov, T.Məmmədzadə, İ.Abışzadə, A.İsmayılov və F.Sultanzadə müəyyən olunaraq saxlanılıblar.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.
Polise.az



