Bakıda müğənni qətlə yetirildi
Bakının Biləcəri qəsəbəsi, Mehdi Hüseynzadə küçəsində yerləşən “Salt” hotelində qadın ölümü ilə nəticələnən ağır cinayət törədilib.
Bu barədə paytaxtın Binəqədi Rayon Polis İdarəsindən məlumat verilib.
Belə ki, 3 sentyabr, saat 02:00 radələrində 1982-ci il təvəllüdlü qəsəbə sakini Murad Şamilov 1985-ci il təvəllüdlü həyat yoldaşı Şahanə Şamilovaya ikisi sinə nahiyəsinə nüfuz etməklə 18 bıçaq xəsarəti yetirib.
Qadın yerindəcə ölüb və kişi polisə gedərək törətdiyi əməli etiraf edib.
Faktla bağlı cinayət işi başlanıb, hadisənin motivləri araşdırılır.
Məlum olub ki, cütlük ayrı yaşayıb, Ş.Şamilova boşanma üçün məhkəməyə müraciət edib.
Ölümündən əvvəl əri ona zəng vurub və boşanma ilə bağlı danışmaq üçün yuxarıda adı qeyd edilən hoteldə görüş təyin edib.
Qadın onun təklifini qəbul edib. Ş.Şamilovanın əri ilə görüşü faciə ilə bitib.
Qeyd edilir ki, qadın paytaxt restoranlarının birində müğənni işləyib.
Şamilovların iki azyaşlı övladı var.