Bakıda ofisdən pul və bank kartları oğurlandı
Xətai RPİ-nin 36-cı Polis Bölməsinə M.Hadi küçəsində yerləşən ofislərin birində dolabdan içərisində 3.000 manat, 850 ABŞ dolları, şəxsiyyət vəsiqəsi və bank kartları olan pulqabının oğurlanması barədə müraciət daxil olmuşdur.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Mikayıl Səlimov müəyyən edilərək saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan heroin də aşkar edilərək götürülmüşdür.
Araşdırma aparılır.