Bakıda Pakistanın Müstəqillik Günü qeyd olunub
Bakıda Pakistanın Müstəqillik Günü qeyd olunub.
Polise.az xəbər verir ki, tədbirdə Pakistanın Azərbaycandakı səfirliyinin əməkdaşları, Pakistan icmasının üzvləri və Azərbaycan vətəndaşları iştirak ediblər.
Tədbir Pakistan dövlət bayrağının qaldırılması ilə başlayıb. Daha sonra tədbir iştirakçılarına Pakistan Prezidenti Asif Əli Zərdarinin və Pakistanın Baş naziri Şahbaz Şərifin bu günün Pakistan xalqı üçün əhəmiyyətini vurğulayan mesajları oxunub. Pakistanın sülhü, firavanlığı və inkişafı üçün də dualar edilib.
Pakistanın Azərbaycana yeni təyin olunmuş səfiri Qasım Mohiuddin isə çıxışında xalqına sülh və firavanlıq arzulayıb, onlar üçün təhlükəsizliyin önəmini vurğulayıb. Həmçinin Pakistan və Azərbaycan xalqlarının tarixə söykənən dostluqlarının vacib əhəmiyyət kəsb etdiyini deyib.
Polise.az