Bakıda “Qəmər Adaları İttifaqının Mayot adasının Fransa tərəfindən qeyri-qanuni işğalı” adlı konfrans keçirilir

Bakıda “Qəmər Adaları İttifaqının Mayot adasının Fransa tərəfindən qeyri-qanuni işğalı” adlı konfrans keçirilir.

Polise.az  xəbər verir ki, Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə keçirilən bu konfrans Fransanın işğalı altında olan Mayot adasına həsr olunub.

Tədbirdə Fransanın işğalına qarşı mübarizə aparan və Mayot adasının Qəmər Adaları İttifaqının tərkibinə geri qayıtmasına çalışan Qəmər Adaları İttifaqı, o cümlədən Mayot adasının ictimai-siyasi xadimləri, elmi dairələrinin nümayəndələri, hüquq müdafiəçiləri, qeyri-hökumət təşkilatlarının rəhbərləri, siyasi partiyalarının üzvləri, habelə Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri iştirak edirlər.

Konfransda Qəmər Adalarında Fransanın müstəmləkəçilik tarixi, Mayotun Fransa tərəfindən işğalı və bunun nəticəsində qəmərlilərə vurulmuş ziyan, Fransanın bu bölgədə müstəmləkəçilik siyasətinin geosiyasi və iqtisadi maraqları, habelə Qəmər Adaları İttifaqının Mayot adası ilə bağlı beynəlxalq təşkilatların mövqeyinin müzakirəsi nəzərdə tutulur.

Xatırladaq ki, bu tədbir beynəlxalq hüquq çərçivəsində müstəmləkəçilik siyasəti ilə mübarizə aparan xalqlara dəstək göstərən Bakı Təşəbbüs Qrupunun son bir ildə keçirdiyi 16-cı beynəlxalq tədbiridir.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button