Bakıda TDT-yə üzv ölkələrin hökumət başçılarının 2-ci iclası keçirildi, birgə bəyanat qəbul edildi

Bu gün Bakıda Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin hökumət başçıları və vitse-prezidentlərinin ikinci iclasında yekun olaraq birgə bəyanat qəbul edilib.

Polise.az Teleqraf-a istinadən  xəbər verir ki, bu barədə Türk Dövlətləri Təşkilatının (TDT) üzv ölkələrinin Baş nazirlərinin Bakı görüşündə Baş nazir Əli Əsədov deyib.

Baş nazir bildirib ki, gündəlikdə nəzərdə tutulmuş məsələlər üzrə məhsuldar və konstruktiv müzakirələr aparılıb

“Hörmətli həmkarlarımın çıxışlarında Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığın daha da genişləndirilməsi, iqtisadi-ticari əlaqələrin inkişafı, nəqliyyat və enerji sahələrində qarşılıqlı fəaliyyətin gücləndirilməsi, həmçinin digər sahələrdə əməkdaşlığın dərinləşdirilməsi ilə bağlı mühüm fikirlər səsləndirildi. Müzakirələr bir daha göstərdi ki, ölkələrimiz arasında mövcud olan qardaşlıq münasibətləri və qarşılıqlı etimad Təşkilat çərçivəsində əməkdaşlığın daha da inkişafı üçün möhkəm əsas yaradır”.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button