Bakıdan Naxçıvana avtobus reysləri DAYANDIRILDI

Yaxın Şərqdə baş verən son hadisələr səbəbindən təhlükəsizlik məqsədilə İran ərazisindən keçməklə reallaşan Bakı-Naxçıvan-Bakı avtobus reysləri iyunun 13-dən fəaliyyətini dayandırıb.

Bu barədə Musavat.com-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.

Bildirilib ki, Bakı-Naxçıvan-Bakı reyslərinin bərpası barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

Əlavə suallar yaranarsa, sərnişinlər AYNA-nın “141” Çağrı Mərkəzi ilə əlaqə saxlaya bilərlər.

Qeyd edək ki, İran ərazisindən keçən Bakı-Naxçıvan-Bakı avtobus marşrutu 2007-ci il noyabrın 8-dən fəaliyyət göstərir. Naxçıvan-Bakı marşrutu ilə hərəkət edən avtobuslar İran ərazisindən keçməklə ümumilikdə 645 kilometr məsafə qət edir.

Polise.az
Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button