Bakıdan Naxçıvana birbaşa uçuşlar bərpa EDİLDİ

Azərbaycan Hava Yolları (AZAL) 9 mart 2026-cı il tarixindən etibarən Bakıdan Naxçıvan istiqamətində birbaşa uçuşları bərpa edir.

Bu barədə  Moderator.az-a   AZAL-ın Mətbuat xidmətindən məlumat verilib.

AZAL-ın 9 mart 2026-cı il tarixinə Bakı-Naxçıvan-Bakı marşrutu üzrə planlaşdırılmış uçuş cədvəli:

 

Reys

 

Bakıdan qalxma

 

Naxçıvandan qalxma

J2 2251 / 2252 18:00 20:00
J2 2253 / 2254 19:00 21:00
J2 2255 / 2256 20:00 22:00
J2 2257 / 2258 21:00 23:00

 

Qeyd edilib ki, 10 mart 2026-cı il tarixindən etibarən Naxçıvan istiqamətində uçuşlar ştat rejimdə (ənənəvi qaydada) həyata keçirilməyə davam edəcək.

“AZAL mövcud vəziyyəti diqqətlə izləməyə davam edir və reyslərin təhlükəsizliyinin təmin edilməsi üçün bütün lazımi tədbirləri görür. Sərnişinlər uçuş cədvəlindəki dəyişikliklər barədə operativ şəkildə məlumatlandırılacaqlar”, – AZAL-dan bildirilib.

 

Polise.az 

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button