Bakıdan qovulan İran mollası Cəmkəranda ortaya çıxdı

Musavat.com Telegram kanallarına istinadla xəbər verir ki, Bakıdan qovulan molla Qum şəhərində yüksək vəzifəyə təyin olunubmuş.

Əliəkbər Ocaqnejad Cəmkəran adlı nəhəng maliyyə qaynağı olan məscidin rəhbəri kimi çıxış edib. Bu çıxışda Bakı qaçağı Livana dəstək yerinə yavan çörək vəd edir: “Livanlılar bilsinlər ki, iki çörəyimiz olsa, birini ailəmizə, digərini livanlılara göndərəcəyik. Bütün imkanlarımızla Livan və Fələstini qoruyacağıq!”

Livan və Fələstini qırğına verən, İsrailə qarşı döyüşən HƏMAS və HİZBULLAH təşkilatlarının xarizmatik liderlərinin aradan götürülməsində iştirak edən Qum mollakratiyası sadəcə sözdə qaz verir, əsib – gurlayır. Əməldə və gizlində isə Amerika kəşfiyyatı ilə hər cür əməkdaşlığa gedirlər. Molla rejimi özünü qorumaq üçün proksi güclərini qurban verir və bu xətt aydınca görünür.

Ocaqnejad, 20 il ərzində İranın ali lideri Xameneyinin Azərbaycandakı nümayəndəsi kimi fəaliyyət göstərib. Azərbaycanda da İran kimi gerilikçi bir rejim qurmaq üçün yorulmadan çalışıb. Minlərlə soydaşımızı “verbovka” edərək, Qum nökərinə çevirib. Sonda da bu cür təxribat xarakterli fəaliyyəti səbəbilə ölkədən çıxarılıb. Onun Bakıdakı fəaliyyətləri sırasında ekstremist meyilləri yaymaq və yerli dini dairələrdə təzyiq yaratmaq kimi addımlar var idi. Buna görə də Azərbaycan hökuməti onu ölkədən qovdu.

Görünən budur ki, onun Azərbaycandakı pozucu fəaliyyəti Tehranda yüksək qiymətləndirilib. Yoxsa hər adamı İranın dini həyatında mühüm rol oynayan Cəmkəran məscidinə rəhbər qoymazdılar. Bu məscid, “İmam Mehdinin zühuru ilə əlaqəli müqəddəs bir məkan hesab olunur və İran dindarları, eləcə də dünyadakı şiələr üçün böyük dini əhəmiyyət” daşıyır. Məscidə hər il milyonlarla zəvvar gəlir, nəhəng məbləğlərlə ifadə olunan nəzir və ianələr toplanır. Bu təsis İranın dini-siyasi strategiyalarında xüsusi yerə malikdir və “örtülü ödənək”i maliyyələşdirən axın xətlərindən biridir.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button