Bakıya qarşı 3-cü qəsd: Qərb ermənilər üçün nə hazırlayır?
ABŞ Konqresi Qarabağdakı separatçı rejimə pul ayırır; Avropa Parlamenti Qarabağda “erməni abidələrinin məhv edilməsi” ilə bağlı Azərbaycana qarşı qətnamə qəbul edir; “Freedom House” Qarabağı ayrıca “respublika” kimi göstərir…
Bu sözləri siyasi şərhçi Asif Nərimanlı qeyd edib.
O bildirib ki, bölgədə sülhməramlı kontingent saxlayan Rusiya sözdə Azərbaycanın ərazi bütövlüyünü tanıdığı, əməldə fərqli mövqe sərgilədiyi kimi, Qərb də sözdə və əməldə fərqli mövqedən çıxış edir:
“İndi Bakıya qarşı təzyiq dalğasının başlanması Rusiya-Qərb qarşıdurması fonunda təsadüfi deyil və məsələ təkcə erməni diasporu/lobbisinin təsiri ilə məhdudlaşmır. Yaxın dövrdə Qərb mediası və təşkilatlarında “Qarabağda ermənilərin humanitar fəlakəti” adlı genişmiqyaslı kampaniyaya start verilsə, heç də təəccüblü olmayacaq”.