Balakən və İsmayıllıda dayanma-durma qaydalarını pozan sürücülər cərimələnib
Balakən və İsmayıllı Rayon Polis Şöbələrinin Dövlət Yol Polisi Bölmələrinin əməkdaşları tərəfindən dayanma-durma, parklanma qaydalarını pozan, ikinci cərgədə nəqliyyat vasitələrini saxlayan sürücülərin aşkarlanması istiqamətində reydlər keçirilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan polise.az-a verilən məlumata görə, keçirilən tədbirlər zamanı həmin qayda pozuntularına yol verən sürücülər polis əməkdaşları tərəfindən müəyyən olunub. Onlarla maarifləndirici söhbət aparılıb və bu kimi halların digər hərəkət iştirakçılarının da haqlı narazılığına səbəb olduğu diqqətə çatdırılıb. Həmin nəqliyyat vasitələrini idarə edən şəxslər barəsində cərimə protokolları tərtib olunub.