Balakəndə ad günü məclisi təşkil edənlər cərimələnib

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan polise.az-a verilən məlumata görə, Balakəndə xüsusi karantin rejimi qaydalarının pozularaq ad günü məclisi təşkil edilməsinin qarşısı polislər tərəfindən alınıb.

Belə ki, martın 16-sı axşam saatlarında şəhər ərazisində yerləşən “5+” adlı kafedə oranı icarə əsasında işlədən, Hənifə kənd sakini Dilbər Mustafayevanın özünə doğum günü münasibətilə məclis təşkil etdiyi məlum olub. Polislər tərəfindən obyektə baxış zamanı karantin qaydalarının pozulduğu aşkar edilib, D.Mustafayeva və qonaqlar barəsində qanunvericiliyə uyğun olaraq İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə cərimə protokolu tərtib olunub.

Hamısını Göstər

Related Articles

Back to top button