Balakəndə evdə nişan mərasimi keçirənlər cərimələnib

Balakəndə nişan mərasimi keçirənlər barəsində protokol tərtib olunub

Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə Katex kəndində yerləşən fərdi yaşayış evində sanitar-karantin qaydalarının pozulması ilə müşahidə edilən nişan mərasimi keçirilməsi müəyyən edilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan polise.az-a verilən məlumata görə, həmin ünvana baxış keçirilən zaman kənd sakini Akif Osmanovun qızına nişan mərasimi təşkil etdiyi aşkarlanıb. Polislər tərəfindən ev sahibi və mərasim iştiakçıları barəsində qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb.

Hamısını Göstər

Related Articles

Back to top button