Balakəndə karantin rejimi ilə əlaqədar reyd keçirilib, qaydaları pozan 17 nəfər cərimələnib

Balakən Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi və İctimai Təhlükəsizlik Bölməsinin əməkdaşları tərəfindən koronavirus pandemiyasının yayılmasının qarşısının alınması, elan edilən xüsusi karantin rejimi qaydalarına riayət olunması məqsədilə növbəti nəzarət-profilaktiki tədbirlər həyata keçirilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan polise.az-a verilən məlumata görə, tədbirlər zamanı avtobuslarda və taksilərdə tibbi maskadan istifadə etməyən sərnişin və sürücülər müəyyən edilib.

Həmçinin, taksilərdə şəffaf arakəsmələr quraşdırmayan, eləcə də COVID-19 pasportu olmadan sərnişindaşıma fəaliyyəti ilə məşğul olan sürücülər inzibati məsuliyyətə cəlb ediliblər.

Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı qapalı restoran və kafelərdə müştərilərin COVID-19 pasportu yoxlanılıb. Şadlıq saraylarının sahibi və icarədarları ilə mövcud tələblərə riayət etmələrinin vacibliyinə dair profilaktiki söhbətlər aparılıb.

Reyd daha sonra mağazalarda, eləcə də  digər qapalı obyektlərdə davam etdirilib. Tibbi maska tələbini pozan alıcı və satıcılar aşkarlanıb ki,onların barəsində qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb.

Hamısını Göstər

Related Articles

Back to top button