Balakəndə narkotik təsiri altında avtomobil idarə edənlər məsuliyyətə cəlb olunublar

Balakən Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi məqsədilə profilaktik tədbir keçiriblər.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan AZƏRTAC-a verilən məlumata görə, spirtli içki və narkotik vasitənin təsiri altında avtomobil idarə edən 15, sürücülük hüququ olmadan sükan arxasına əyləşən 10 nəfər müəyyən olunaraq barələrində qanunvericiliyə uyğun tədbirlər görülüb.

Həmçinin Balakən rayonunda son bir ay ərzində yol hərəkəti qaydalarını kobud şəkildə pozan ümumilikdə 354 sürücü inzibati məsuliyyətə cəlb olunub.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button