Balakəndə piyada səkilərində ticarətlə məşğul olanlar cərimələnib

Balakəndə qanunsuz küçə ticarətinə qarşı mübarizə tədbirləri çərçivəsində Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən şəhər ərazisində profilaktik tədbirlər keçirilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan polise.az-a verilən məlumata görə, keçirilən tədbirlər zamanı səkiləri zəbt edərək piyadaların hərəkətini çətinləşdirən, küçələrdə antisanitar vəziyyət yaradaraq ticarətlə məşğul olan satıcılar aşkarlanıb.Polis əməkdaşları yalnız müəyyən edilən yerlərdə bu fəaliyyətlə məşğul olmalarını həmin şəxslərin diqqətinə çatdırıblar.

Gün ərzində  keçirilən reyd zamanı qanunsuz küçə ticarəti ilə məşğul olan 10-a yaxın vətəndaş barəsində İnzibati Xətalar Məcəlləsinin 454-cü (Qanunsuz küçə ticarəti, yəni müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilməmiş yerlərdə malların satılmasına və ya işlərin görülməsinə görə) maddəsi ilə protokol tərtib olunub.

Bu istiqamətdə tədbirlər növbəti günlərdə də davam etdiriləcək.

Hamısını Göstər

Related Articles

Back to top button