Balakəndə restoranda toy edənlər inzibati məsuliyyətə cəlb edilib

Balakəndə şəhər ərazisindəyerləşən “El-Pera” restoranında xüsusi karantin rejimi qaydalarına zidd olaraq toy mərasiminin keçirildiyi aşkarlanıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan polise.az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən50 nəfərə yaxın qonağın iştirakı ilə keçirilən toy məclisi dayandırılıb. Sanitar-karantin qaydalarını pozan restoranın sahibi,  xidmət personalı, mərasim təşkilatçıları və iştirakçıları barəsində qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb.  Ölkə ərazisində elan edilən xüsusi karantin rejimi qaydalarına riayət etmələrinin vacibliyi onların diqqətinə çatdırılıb. Həmçinin, barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunan obyekt sahibi Rauf Muradova ciddi xəbərdarlıq edilib.

Hamısını Göstər

Related Articles

Back to top button