Balakəndə Ulu öndərin anadan olmasının 98-ci ildönümü ilə əlaqədar ağacəkmə aksiyası keçirilib
Ulu öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü ilə əlaqədar Balakəndə rayon icra hakimiyyəti və hüquq-mühafizə orqanlarının rəhbərləri Ümummilli liderin şəhər ərazisindəki abidəsini ziyarət edib, önünə tər çiçəklər düzüblər.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan polise.az-a verilən məlumata görə, eləcə də dahi şəxsiyyətin anadan olmasının ildönümü mübasibətilə rayonda ağacəkmə aksiyası da təşkil olunub. Katex kəndi ərazisində təşkil edilən kampaniyada Polis Şöbəsinin əməkdaşları da fəal iştirak edib.Yeni əkilən tinglər suvarılıb, onlara aqrotexniki qulluq göstərilib.




