Bank kartından oğurluq edən şəxslər saxlanıldı

Paytaxtın müxtəlif rayonlarında dələduzluq və bank kartından oğurluq edən şəxslər saxlanılıblar.

Bu barədə Teleqraf-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib

Səbail rayonu ərazisində bir nəfər 36 yaşlı qadının etibarından sui-istifadə edərək 1500 manat pulunu dələduzluq yolu ilə ələ keçirib.

Səbail Rayon Polis İdarəsi 8-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməli törətmiş 37 yaşlı A.Abdurahmanov saxlanılıb.

Bundan başqa, rayon ərazisində bir şəxsin bank kartından 560 manatı oğurlayan 25 yaşlı N.Aslanov, Yasamal rayonunda isə paytaxt sakininin bankomatda unutduğu 150 manatını ələ keçirən 29 yaşlı Y.Səmədov da saxlanılıblar.

Araşdırma aparılır.

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button