Baqrat “son silah”ını işə saldı: “Əgər Paşinyan kişidirsə…”
Revanşist “Vətən naminə Tavuş” hərəkatının lideri, keşiş Baqrat Qalstanyan Baş nazir Nikol Paşinyanı növbəti dəfə görüşə çağırıb.
Bundan əvvəlki çağırışları nəticə verməyən keşişin ümidi baş naziri təhqirlə görüşə məcbur etməyə qalıb.
“Əgər kişidirsə, görüşəcək. Onun gedişi gündəmdədir. Görüşdə əlini nə vaxt hakimiyyətdən çəkəcəyini soruşacam”, – Qalstanyan bildirib.
Keşiş mayın 9-da İrəvanda mitinqə başlayanda Paşinyana hakimiyyətdən getməsi üçün bir saat vaxt vermişdi. Ermənistan rəhbəri indiyədək nə istefa, nə də Qalstanyanın görüş təkliflərini müsbət cavablandırıb.
Mayın 9-dan aksiyasını azsaylı etirazçı ilə davam etdirən Baqrat mayın 26-da yüzminlərlə insanın iştirakı ilə həlledici mitinqə başlayacağını bəyan etsə də, bu cəhdi də alınmayıb. Hazırda azsaylı etirazçı ilə İrəvan küçələrini dolaşır./Teleqraf.com
Polise.az